“Video çəkir, sənət yoxdur” Nicat Rəhimovdan etiraz

06.10.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nicat Rəhimov Azərbaycanda yeni aktyor nəslinə dair narazılığını ifadə edib.

“Yeni Sabah” xəbər verir ki, aktyor “İncə səhər” proqramında çıxışı zamanı özündən əvvəlki və həmyaşıdları olan həmkarlarının arasında istedadlıların olduğunu deyib.

Onun sözlərinə görə, yeni nəsildə eyni potensialı görmək çətindir. Toyuqlu pizza

Nicat Rəhimov xüsusilə sosial şəbəkələrdə video çəkən şəxslərin özlərini aktyor kimi təqdim etməsini də tənqid edib.

“Bizdən yuxarıda Rafael İsgəndərov, Coşqun Rəhimov var, istedadlıdırlar. Yaşıdlarımız da gəlir. Amma bizdən sonra heç kim yoxdur. Kimisə görmürəm. İstedadlı gənclər var. Aktyorluqla sosial şəbəkəni səhv salırlar. Video çəkir, sənət yoxdur, amma deyir ki, aktyoram. Təhsil önəmlidir. Amma insan doğulandan aktyor olmalıdır”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью