Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial şəbəkə üçün video çəkmək istəyən şəxsin ferma ziyarəti faciə ilə nəticələnib. Pələngin hücumuna məruz qalan 19 yaşlı işçi xəstəxanada həyatını itirib.
“Yeni Sabah” xəbər verir ki, hadisə Pakistanın Lahor şəhərinin Kahna bölgəsində yerləşən fermalardan birində baş verib. Məlumata görə, Nauman adlı şəxs sosial şəbəkədə paylaşmaq üçün video çəkmək məqsədilə fermaya gəlib. Onun səfəri zamanı dişi pələng fermada çalışan Talhaya hücum edib.
Ağır yaralanan 19 yaşlı gənc xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis hadisənin əvvəlcə it hücumu kimi təqdim edilərək gizlədilməyə çalışıldığını bildirib. Lakin aparılan araşdırma nəticəsində gəncin əslində pələngin hücumuna məruz qaldığı müəyyən edilib. Onlayn mağaza
Hadisə ilə əlaqədar ferma sahibi və sosial şəbəkə üçün videolar hazırlayan Nauman saxlanılıb. Pələng isə fermadan götürülərək vəhşi təbiətin mühafizəsi üzrə məsul qurumun əməkdaşlarına təhvil verilib.
Hazırda səlahiyyətli qurumlar fermada pələng saxlanılması üçün lazımi icazələrin olub-olmadığını və təhlükəsizlik qaydalarına əməl edilib-edilmədiyini araşdırır.