Video yaratmağın yeni versiyası hazırlanıb

09.10.2025

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Rus dilində video yarada bilən süni intellekt "Grok"-un yeni versiyası təqdim olunub.
Reyting.az
xəbər verir ki, "Tesla", "SpaceX" və "X" kimi böyük şirkətlərin sahibi İlon Mask video-generasiya edən, həmçinin süni intellekt platforması üzərində yenilənmiş versiya olan "Grok Imagine 0.9"-un təqdimatını böyük hadisə adlandırıb.
Məlumata görə, yeni sistem yeniləmə yaradılan videoların realizmini, sürətini artırır ki, bu da nəhəng "OpenAI" şirkətinin "Sora 2" adlı sistemindən sonra süni intellekt-video sahəsində rəqabəti daha da gücləndirir.
Mütəxəssislər İlon Mask tərəfindən təqdim edilən süni intellekt sistemi "Grok İmagine 0.9" barəsində zarafatla deyiblər ki, "Mask Rusiyanı və rus dilini də unutmadı".
Yeni təqdim olunan rus dilindəki versiya mətn sorğularından videoları təxminən 15 saniyəyə, şəkilləri isə demək olar, bir anda yaradır. Bu sistemə həmçinin səsli interfeys də əlavə olunub ki, istifadəçilər tətbiqin köməyi ilə, birbaşa səs vasitəsilə ünsiyyət qura bilsinlər.
Amerikalı ekspertlər bildiriblər ki, "Grok Imagine 0.9"-un hazırladığı hər bir video yüksək keyfiyyətli, detallı və realistikdir.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью