Videosu yayılan şəhid anası ilə bağlı RƏSMİ AÇIQLAMA

26.05.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə şəhid anasına məxsus olduğu iddia edilən görüntülər yayılıb.

İddialara görə, şəhid anası övladının portretinə hörmətsizlik edən kişini təhqir edib.

Modern.az məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin regional qrupu ilə əlaqə saxlayıb.

"Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir", - açıqlamada bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью