Vieyra: BRİKS G20nin alternativinə çevrilir

20.12.2024

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu sözləri Braziliyanın xarici işlər naziri Mauru Vieyra ölkənin "Estado de Minas" xəbər saytına açıqlamaslnda dilə gətirib. O diqqətə çatdırıb ki, 2025-ci ilin yanvar ayının 1-dən etibarən BRİKS-ə Braziliyanın rəhbərlik dövrü başlayacaq.
"Nazirlər səviyyəsində mühüm görüşlər baş tutacaq. BRİKS gündən-günə böyüdükcə G20-nin alternativi mahiyyəti qazanır", - nazir bildirib.
Xatırladaq ki, BRİKS təşkilatı 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. 2024-cü ilin əvvəlində Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da birliyə qoşulub.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью