Vieyra DÇ 2026 nın iştirakçısını çalışdıracaq

24.07.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Fransa millisinin və "Arsenal"ın keçmiş yarımmüdafiəçisi Patrik Vieyra Afrika milli komandalarından birini çalışdırmağa yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb. 

Mənbənin məlumata görə, o, Seneqal yığmasının baş məşqçisi təyin oluna bilər. Tərəflər hazırda danışıq aparırlar. 

Qeyd edək ki, 50 yaşlı mütəxəssisin son iş yeri İtaliyanın "Cenoa" klubu olub. O, A Seriyası təmsilçisindən ötən ilin noyabrında ayrılıb. 

Xatırladaq ki, Seneqal millisi bu yaxınlarda başa çatan 2026-cı il dünya çempionatında iştirak edib. Afrika təmsilçisi pley-offun ilk mərhələsinə yüksəlib və burada Belçikaya 2:3 hesabı ilə məğlub olub. Turnirdən kənarlaşdırıldıqdan sonra Pap Tiav millinin məşqçisi vəzifəsindən istefa verib.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью