“Vifa”ya görə xəbərdarlıq: 500 dən çox reys təxirə salındı

19.07.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək həyəcan səviyyəsi - T8 elan edilib, 500-dən çox uçuş təxirə salınıb.

Axar.az xəbər verir ki, bu barədə Çin mediasında məlumat yayılıb.

Qeyd olunub ki, gecəyarı qüvvəyə minən T8 xəbərdarlığı iyulun 20-də bütün günü qüvvədə olacaq. Proqnozlara görə “Vifa” səhər saatlarında Mirvari çayının deltasına olduqca yaxın, Honqkonqdan təxminən 50 km cənubda olacaq.

Honkonq beynəlxalq hava limanından bildiriblər ki, iyulun 20-də saat 6:00-dan axşam 12:00-dək heç bir təyyarə havaya qalxmayacaq. Bununla belə, hazırda uzaq məsafələrdən Honkonq istiqamətində uçuş yerinə yetirən az sayda təyyarənin enişinə icazə veriləcək. Ümumilikdə, qasırğa ilə əlaqədar iyulun 19-da 22, iyulun 20-də isə 497 uçuş (enmə və qalxma) ləğv edilib. Ləğv olunan və ya təxirə salınan uçuşların sərnişinlərə dəstək üçün 1000 işçi cəlb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью