Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasında VIII tura bu gün yekun vurulacaq.
Axar.az xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək.
Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək.
Qonaqlar hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadır.
Tura Gəncədə yekun vurulacaq. "Kəpəz" doğma azarkeşlər önündə "Zirə"ni qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Bölgə təmsilçisi 10 xalla yeddinci, Bakı klubu 11 xalla altıncı yerdədir.