Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Norveçdə yerli "Vikinq" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Milli.Az report-a istinadən xəbər verir ki, Liqa mərhələsinin IV turunun matçı Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanın baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qroot kömək göstərəcək. Dördüncü hakim funksiyasını Joey Kooij yerinə yetirəcək.
Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)