“Vikinq” “Sabah” oyununun hakimləri müəyyənləşib

02.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 noyabr, AZƏRTAC

“Sabah” və Norveçin “Vikinq” komandaları arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək görüşün hakim təyinatları açıqlanıb.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Norveçdə baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək.

Qeyd edək ki, “Vikinq”-“Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşan təmsilçimiz indiyədək üç oyun keçirib, bir qələbə qazanıb və iki dəfə məğlub olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью