“Vikinq”in baş məşqçisi: “Sabah” əks hücumlarda təhlükəlidir”

03.11.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının IV turunda "Sabah" səfərdə "Vikinq"lə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, matçdan öncə Norveç təmsilçisinin baş məşqçisi Byarte Lunde Aarsheymin mətbuat konfransı keçirilib.

“Klubumuzdakı idarəetmə sistemi və iki baş məşqçinin birgə fəaliyyəti bəzilərinə qeyri-adi görünə bilər. Lakin bu, illərdir uğurla tətbiq etdiyimiz modeldir. Həmkarım Morten Jensenin bu gün mətbuat konfransında iştirak etməməsi ilə bağlı sualları başa düşürəm. Burada heç bir gizli məqam yoxdur. Biz vəzifə və öhdəlikləri həftəlik əsasda bölüşürük. Bu həftə komandaya rəhbərlik etmək və mətbuat qarşısına çıxmaq növbəsi məndədir. Morten isə oyun planı və taktiki hazırlıq üzərində çalışır.

Çempionlar Liqasında hər oyun bizim üçün böyük sınaqdır. Meydana ən hazır heyətlə çıxmalıyıq. Son məşqdə əsas hücumçumuz və bombardirimiz Peter Kristiansen ayaq əzələsində ağrı və gərginlik hiss etdi. Buna görə də ehtiyat tədbiri olaraq hazırlığı yarımçıq saxladı. Onun “Sabah”la oyunda iştirak edəcəyinə ümid edirik. Ancaq futbolçunun sağlamlığını riskə atmaq istəmirik. Digər oyunçularımızın fiziki və psixoloji durumu yaxşıdır, matça tam hazırdırlar.

“Sabah” beynəlxalq arenada gənc komanda sayıla bilər. Lakin heyətində müxtəlif ölkələrdən olan təcrübəli və dinamik futbolçular çıxış edir. Təhlillərimiz göstərir ki, xüsusilə əks-hücumlarda və sürətli keçidlərdə çox təhlükəlidirlər. Komandama və kapitanımız Zlatko Tripiçə də bildirdiyim kimi, rəqibi qiymətləndirməmək kimi bir seçimimiz yoxdur. Avropada cəzalanmaq istəmiriksə, müdafiədə maksimum intizamlı olmalı və oyunun gedişinə nəzarət etməliyik”.

“Araz-Naxçıvan” Polşa çempionuna qarşı - YENİLƏNİR “Qarabağ” “Dinamo” ilə bacarmadı - YENİLƏNİB “Marafon” Türkiyədə ardıcıl üçüncü məğlubiyyətini aldı Azərbaycan millisi Çili ilə bacarmadı - YENİLƏNİB FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью