“Vikinq”lə “Sabah”ın heyət seçimində qəribə təzad Foto

05.11.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çempionlar Liqası çərçivəsində keçirilən “Vikinq” – “Sabah” (4:1) oyunu heyət tərkibinə görə diqqətçəkən bir statistik fərqlə yadda qalıb.

“Qafqazinfo”nun xəbərinə görə, Norveçin “Vikinq” klubu “Sabah”la matçda meydana cəmi 1 əcnəbi futbolçu (Stensness - Avstraliyalıdır) buraxıb.

Komandanın heyətində yer alan digər 10 futbolçu isə Norveç vətəndaşları olub.

Azərbaycan təmsilçisi “Sabah” FK isə eyni qarşılaşmada tam əks mənzərə nümayiş etdirib. Komandanın start heyətində Azərbaycanı təmsil edən cəmi 1 yerli futbolçu (Abdulla Xaybullayev) yer alıb, qalan 10 mövqeni isə əcnəbi oyunçular tutub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью