Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şimal Avropasını, İngiltərəni və hətta Fransanı əsrlər boyunca işğal edən Vikinq döyüşçülərinin ən böyük probleminin diş və qulaq ağrıları olduğunu təsəvvür edərdinizmi?
Qaynarinfo xəbər verir ki, Vikinq dövrünün Skandinaviya sakinlərinin əksəriyyəti basqın və talanlardan qalan yaralarını şərəf nişanəsi hesab edirdi.
Lakin bu döyüşçüləri qılınc yaraları deyil, çox güman ki, qulaq infeksiyaları və ya diş ağrıları yıxırdı.
Yeni bir araşdırmada tətbiq edilən yüksək texnologiyalı görüntüləmə üsulları bir çox Vikinqin kəllə sümüklərində qalıcı və ağrılı xəstəlik izlərini üzə çıxarıb.
2005-ci ildə arxeoloqlar İsveçin ən qədim xristian yaşayış məntəqələrindən biri olan Varnhem qəsəbəsində 300-dən çox Vikinq qalıqlarını aşkarlayıb.
Qalıqların eramızın X-XII əsrlərinə aid olduğu müəyyən edilib.
Vikinqlərin əksəriyyəti bütpərəst olsa da, Britaniya yürüşlərindən sonra bir çoxu xristianlığı qəbul etmişdi.