Viktor Orban Trampın prezidentliyi dövründə ikitərəfli münasibətlərdə “qızıl dövr”ü gözləyir AZƏRTAC

18.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Budapeşt, 18 yanvar, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın yeni Prezidenti Donald Trampın bu yaxınlarda keçiriləcək andiçmə mərasimindən həyəcanlı olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Macarıstan hökumətinin başçısı Ağ evə yeni administrasiyanın gəlişini “Amerika-Macarıstan münasibətlərində qızıl əsrin” başlanması ilə əlaqələndirir.

“Bu, ABŞ-Macarıstan münasibətlərində qızıl dövr olacaq və gündəlik həyatda və hər bir ailənin büdcəsində öz əksini tapacaq. Macarıstan iqtisadiyyatının yüksəlməsi üçün Donald Trampın ABŞ prezidenti seçkilərində qalib gəlməsi mütləq şərt idi. Bu qələbə uzunmüddətli perspektivdə sülh gətirəcək”, – deyə Orban feysbuk sosial şəbəkəsində yazıb.

“Bazar ertəsi yeni dövr başlayır. Son illərdə yaranmış bərbad vəziyyətdən sonra münasibətləri yenidən qurmaq vaxtı gəlib”, - deyə Baş nazir qeyd edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью