Viktor Orban USAİD lə bağlı qərarı dəstəklədi

06.02.2025

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Macarıstanın baş naziri Viktor Orban Donald Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaq qərarını dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə hökumət başçısı "X" sosial şəbəkəsində paylaşım edib.

Orban onu da vurğulayıb ki, son vaxtlara qədər Macarıstanın müxalif mediasına maliyyə Amerikanın bu strukturu vasitəsilə verilirdi.

“Göründüyü kimi, USAID əvvəlki ABŞ administrasiyası dövründə Brüsseldəki “Politico” qəzetini və Macarıstanda faktiki olaraq bütün solçu medianı maliyyələşdirib. Dünya bu qaranlıq sui-qəsdi ifşa edib dayandırdığı üçün Donald Trampa minnətdar olmalıdır” - Orban deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью