Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabiq Baş nazirin atasının şirkəti ilə bağlı korrupsiya şübhəsi var
Budapeşt polisi Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın atası Gorgi Orbanın şirkətinin mümkün sui-istifadə hallarını araşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə Macarıstanın “444” qəzeti məlumat yayıb.
Hüquq-mühafizə orqanları ata Orbanın şirkəti olan “Dolomit Kft.”ni əsas magistral yolun genişləndirilməsi üçün şirkətin açıq qiymət siyahılarından ikiqat baha qiymətə aqreqat və tikinti daşları satmaqda şübhəli bilir. Magistral yolun tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilir.
“Dolomit Kft.”dən aqreqat və tikinti daşı alışları “V-Híd Zrt” tikinti şirkəti tərəfindən həyata keçirilib. Şirkət Macarıstanın ən varlı adamı hesab edilən milyarder Lérinc Mészárosa məxsusdur. Araşdırmaçı jurnalistlər onu Viktor Orbanın "cüzdanı" adlandırırlar və onun şirkətləri Macarıstanda dövlət müqavilələrinin və Avropa İttifaqı subsidiyalarının əhəmiyyətli bir hissəsini alırlar.
“Dolomit Kft.”yə qarşı şikayət əvvəllər “Transparency International” və müstəqil macar siyasətçisi Ákos Hadházy tərəfindən verilmişdi. Baş Prokurorluq işi Budapeşt polisinə göndərib.
BBC-nin Macarıstan xidmətinin məlumatına görə, Viktor Orban “Fidesz” Partiyasına rəhbərlik etməyə davam edir və ən azı 2027-ci ilin may ayına qədər vəzifəsində qalacaq. Lakin nəşrin məlumatına görə, Orbanın partiya yoldaşları hələlik "siyasətçidən korrupsiya iddiaları ilə bağlı heç bir ümidverici cavab almayıblar".