Viktor Orbanın Çağırışı: Ukrayna ilə enerji ticarətində böyük gərginlik | Icma.az
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Avropa Komissiyası (AK) Ukrayna ilə qazın Avropaya tranziti ilə bağlı danışıqları
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adını açıqlamadığı avropalı diplomata istinadən xəbər verib.
“Komissiya Ukraynanın qaz kəmərləri sistemi vasitəsilə Avropaya tədarüklə bağlı Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır”, - deyə məlumatda bildirilib.
Agentliyin mənbəsinin sözlərinə görə, AK Slovakiya ilə birlikdə Macarıstanı da bu prosesə cəlb etməyə hazırdır.
Xatırladaq ki, yanvarın 24-də Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına səslənərək Macarıstan və Slovakiyaya enerji nəqlini əngəlləyən Ukraynaya qarşı öz üzv dövlətlərinin maraqlarını müdafiə etməyə çağırmışdı.
Orban, Ukraynanın enerji daşımalarına maneə törətməsinin Avropa İttifaqının daxili bazarını zədələdiyini və regiondakı enerji təhlükəsizliyinə ciddi təsir etdiyini vurğulamışdı.
O, həmçinin, Avropa İttifaqının bu məsələyə diqqət yetirməli olduğunu və üzv ölkələrin öz milli maraqlarını qorumaq hüququna sahib olduğunu deyib.
Macarıstanın bu çağırışı, Ukrayna ilə enerji nəqli üzərində yaranan gərginliyin böyüdüyü bir dövrə təsadüf edir.
Tam oxu
Xəbəri oxu