Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qalatasaray"da çıxış edən dünya şöhrətli hücumçu Viktor Osimhen menecerlər tərəfindən "Barselona"ya təklif edilib.
Fanat.Az İspaniyanın məşhur "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu hazırda bu transferi rəsmi olaraq gündəminə almağı planlaşdırmır.
İspaniya nəhənginin rəhbərliyi və texniki heyəti hücum xətti üçün əsas hədəf olaraq Xulian Alvarezi görməkdə davam edir.
"Göy-qırmızılılar" Osimhen variantı nə qədər cəlbedici görünsə də, öz transfer strategiyalarını dəyişmək niyyətində olmadıqlarını menecerlərə çatdırıblar.