Viktor Osimhen bu mövsüm 36 cı qolunu vurub

20.05.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Superliqanın 36-cı həftəsində "Qalatasaray" öz meydanında "Kayserispor"la qarşılaşıb.

News24.az xəbər verir ki, "Sarı-qırmızılar" ilk hissəni 2:0 hesabı ilə başa vurub, 3:0 hesabı ilə qalib gələrək çempionluğunu elan ediblər.

Sarı-qırmızıların ilk qolunu nigeriyalı futbolçu Viktor Osimhen vurub.

Qarşılaşmanın 26-cı dəqiqəsində Qabriel Saranın sağ tərəfdən künc zərbəsindən sonra cərimə meydançasında olan Osimhen baş zərbəsi ilə dəri topu tora göndərib və hesab 1:0 olub.

UEFA Avropa Liqasında 6, Türkiyə Kubokunda isə 5 qol vuran Osimhen bu mövsüm ümumi sayını 36-ya çatdırıb.

Karyerasının bombardiri olan nigeriyalı futbolçu Türkiyədə ən çox qol vuran əcnəbi futbolçu rekordunu da qırıb.

Səma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью