Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qalatasaray" futbolçularının səhhəti ilə bağlı rəsmi məlumat yayıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi üç oyunçusunun zədələndiyini açıqlayıb.
Viktor Osimhen və Mario Leminanın sağ qasıq əzələsində ağrı və gərilmə müəyyən edilib. Vilfrid Sinqonun isə sağ budun ikibaşlı əzələ qrupunda və vətərində zədələnmə ilə yanaşı, qanaxma aşkar olunub.
Viktor və Marionun 1-3 həftə, Vilfridin isə 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Əlisahib İbrahimli