Viktor Osimhen Qalatasaray azarkeşləri ilə vidalaşdı

27.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nigeriya millisinin hücumçusu Viktor Osimhen sosial media hesabından paylaşım edərək "Qalatasaray" azarkeşləri ilə vidalaşıb.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, ulduz futbolçu şəxsi "Instagram" profilindən "Qalatasaray" forması və 25-ci çempionluq kuboku ilə şəklini "Kodak Black" qrupunun "Before I Go" (Mən getməzdən əvvəl) adlı musiqisi ilə paylaşıb.

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə razılaşan Viktor Osimhen illik 35 milyon avro qazanc əldə edəcək.

Qeyd edək ki, "Əl-Hilal" klubu Viktor Osimheni transfer etmək üçün "Napoli"yə 110 milyon avro ödəməli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью