Viktor Osimhen Qalatasaraya transfer ehtimalını istisna etməyib

16.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müqavilə ilə İtaliyanın "Napoli" klubuna məxsus olan Viktor Osimhen hazırda icarə əsasında çıxış etdiyi Türkiyə təmsilçisi "Qalatasaray"a transfer olmaq ehtimalını istisna etməyib.

"Report" xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberg məlumat yayıb.

Nigeriyalı futbolçu İstanbulda özünü rahat hiss edir və azarkeşlərin sevimlisi olmaqdan məmnundur. Həmçinin Osimhenin komandada çoxlu dostları var. Öz növbəsində "Qalatasaray" 25 yaşlı hücumçunu gələn yay klubda saxlamaq üçün ciddi səylər göstərir.

Qeyd edək ki, V.Osimhen cari mövsümdə bütün turnirlərdə 9 matçda iştirak edib, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Neapol klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 75 milyon avroya bərabərdir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью