Viktor Osimhen Qalatasaraya transfer olmaq ehtimalını istisna etməyib

16.11.2024

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

Viktor Osimhen "Qalatasaray"a transfer olmaq ehtimalını istisna etməyib

Müqavilə ilə İtaliyanın "Napoli" klubuna məxsus olan Viktor Osimhen hazırda icarə əsasında çıxış etdiyi Türkiyə təmsilçisi "Qalatasaray"a transfer olmaq ehtimalını istisna etməyib.

"Report" xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberg məlumat yayıb.

Nigeriyalı futbolçu İstanbulda özünü rahat hiss edir və azarkeşlərin sevimlisi olmaqdan məmnundur. Həmçinin Osimhenin komandada çoxlu dostları var. Öz növbəsində "Qalatasaray" 25 yaşlı hücumçunu gələn yay klubda saxlamaq üçün ciddi səylər göstərir.

Qeyd edək ki, V.Osimhen cari mövsümdə bütün turnirlərdə 9 matçda iştirak edib, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Neapol klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 75 milyon avroya bərabərdir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью