Viktor Osimhen zədə üzündən ili başa vurdu

10.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Qalatasaray"ın futbolçusu Viktor Osimhen zədələn səbəbindən ili erkən başa vurub.

Oxu.Az "NTV Spor"a istinadən xəbər verir ki, nigeriyalı futbolçu Superliqanın 16-cı turunda "Sivasspor"la matçda (3:2) sıradan çıxıb.

26 yaşlı forvard tibbi müayinədən keçib. Klubun həkimləri Viktor Osimhenin minimum ilin sonuna kimi yaşıl meydanlardan kənarda qalacağını bildiriblər.

Qeyd edək ki, Viktor Osimhen Avropa Liqasında "Malmö", Superliqada isə "Trabzonspor" və "Kayserispor"la oyunları buraxacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью