Icma.az, Idman.biz saytına istinadən bildirir.
İstanbulun “Qalatasaray” klubunun ulduz forvardı Viktor Osimhenlə bağlı maraqlı məlumat yayılıb.
İdman.Biz-in ispaniyalı jurnalist Ruben Uriaya istinadən bildirdiyinə görə, nigeryalı hücumçunun menecerləri “Atletiko Madrid”lə əlaqə saxlayaraq oyuncunu təklif ediblər.
Məlumatda, Osimhenin maaşında ciddi endirimə razı olduğu və “Atletiko Madrid”ə getmək istədiyi bildirilir.
Təklifi dəyərləndirən “Atletiko Madrid”in isə cavabının mənfi olduğu qeyd olunur. Klubun Xulian Alvares və Aleksander Sörlotun gələcəklərinin hələ dəqiqləşmədiyini səbəb göstərərək təklifi rədd etdiyi vurğulanır.
Digər tərəfdən menecerlərin, transferi 75 milyon avroya həyata keçirə biləcəkləri, lakin “Atletiko”nun bu rəqəmə inanmadığı bildirilir. İspaniya klubu “Qalatasaray”ın daha yüksək bir qiymət tələp edəcəyini düşünüb.