Viktor Osimhenin Qalatasaray a keçidi bu gün rəsmiləşəcək

11.07.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə nəhəngi "Qalatasaray" nigeriyalı ulduz Viktor Osimhenin keçidini gün ərzində rəsmiləşdirməkdə qərarlıdır.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "Napoli" klubu futbolçunun keçidinə icazə vermədiyindən Osimhen İtaliya klubunun rəsmiləri ilə görüşərək "Qalatasaray"a keçmək istədiyini və transfer müddətində "sarı-qırmızılar"a asanlıq yaratmalarını tapşırıb.

Neapol təmsilçisi isə bu gün sonuncu dəfə "Qalatasaray" rəsmiləri ilə masa arxasında əyləşəcək.

Qeyd edək ki, "Qalatasaray" klubu sonuncu dəfə "Napoli"yə Viktor Osimhen üçün 50 milyon avro təklif edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью