Icma.az bildirir, Demokrat.az portalına istinadən.
"Qalatasaray" forması ilə mövsümə sürətli başlayan Viktor Osimhen performansı ilə Avropanın nəhəng klublarının diqqət mərkəzində qalmaqda davam edir. Keçmiş "Mançester Yunayted" futbolçusu Lui Saha nigeriyalı hücumçunun hələ də İngiltərə klubundan təklif gözlədiyini iddia edib.
Demokrat.az xəbər verir ki, Saha 27 yaşlı hücumçunun hələ də "Mançester Yunayted"in marağını gözlədiyini irəli sürərək, İngiltərə nəhənginin transfer üçün hərəkətə keçməli olduğunu bildirib.
Saha deyib: "Mançester Yunayted"in etməli olduğu yeganə şey əlaqə yaratmaqdır. Transferin indiyədək baş tutmamasının səbəbi də budur. Osimhen hələ də gözləyir".
Keçmiş fransalı hücumçu "Yunayted"in daha əvvəl Harri Keynin transferini reallaşdıra bilməyərək səhvə yol verdiyini və bu səhvi Osimhenlə kompensasiya edə biləcəyini söyləyib.
Saha Osimhenin Benjamin Şeşko ilə birlikdə daha effektiv ola biləcəyini də vurğulayıb: "Fikrimcə, Osimhen hazırda "Yunayted" üçün Keyndən daha uyğun futbolçudur. O, Şeskoya hücumçu kimi çox şey öyrədə bilər. Eyni zamanda onlar birlikdə də oynaya bilərlər".
Fransalı keçmiş futbolçu həmçinin nigeriyalı hücumçunun "Mançester Yunayted" azarkeşi olduğunu bildiyini deyib: "Onun üzərində klubun təsirini gördüm. Onun "Yunayted"də böyük iz buraxa biləcəyinə inanıram".
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, Saha 27 yaşlı hücumçunun hələ də "Mançester Yunayted"in marağını gözlədiyini irəli sürərək, İngiltərə nəhənginin transfer üçün hərəkətə keçməli olduğunu bildirib.