Viktor Valdes yenidən baş məşqçi oldu

25.04.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

İspaniya millisinin və "Barselona"nın sabiq qapıçısı Viktor Valdes yenidən futbola qayıdıb.

QOL.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İspaniya 4-cü liqasında çıxış edən "Real Avila" klubunda baş məşqçisi təyin olunub.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Valdeslə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Valdesin son iş yeri 2020/21 mövsümündə çalışdırdığı "Hurta" klubu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью