GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Daxili işlər naziri Vilayət Eyvazov Balakəndə qəbul və sıra baxışı keçirib.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 3-də və 4-də Balakən Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bildirilib ki, nazir əvvəlcə Balakən rayonunda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından qəbula gələn 194 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.