Vilayət Eyvazov Balakəndə vətəndaşları qəbul edəcək | Icma.az
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2024-cü il dekabr ayının 4-də Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.12.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Məlumata görə, qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Bizim WhatsApp kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu