Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi

21.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Teleqraf.com-un Qərb bürosunun verdiyi xəbərə görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Kəpəz rayon 2-ci Polis İdarəsinin rəisi, polis polkovniki Samir Məcidov tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə S. Məcidov Xaçmaz rayon Polis İdarəsinə rəis təyin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью