Vilayət Eyvazov həbsdəki vəkilin ailəsini qəbul edib

01.12.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən tanınmış vəkil Zabiul Qəhrəmanovun ailə üzvlərini qəbul edib.

Bu barədə Gununsesi.info-ya vəkilin ailəsindən bildirilib.

Nazirlə görüşdə Zabil Qəhrəmanovun suçsuz olduğunu vurğulayan ailəsi istintaqın obyektiv aparılmasını xahiş edib.

Onlar Zabil Qəhrəmanovun himayəsində iki azyaşlı övladınn və yaşlı anasının  olmasını DİN rəhbərinin diqqətinə çatdırıb.

Günay Mahirqızı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью