Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşdü

10.09.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin daxili işlər nazirləri ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat verib.

Görüşdə Azərbaycan daxili işlər naziri Vilayət Eyvazov, Qırğızıstan daxili İşlər naziri Ulan Niyazbekov, Türkiyə daxili İşlər naziri Mustafa Çiftçi, Özbəkistan daxili İşlər naziri Əziz Taşpulatov və Qazaxıstan daxili İşlər naziri Yerjan Sadenov iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью