Vilayət Eyvazov üçün özəl gün

28.06.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun doğum günüdür.

Gununsesi.info xəbər verir ki, bu gün DİN rəhbərinin 58 yaşı tamam olur.

Qeyd edək ki, Vilayət Eyvazov 1968-ci il iyunun 28-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub.
O, 1992-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edən Vilayət Eyvazov 1992-ci ildən daxili işlər orqanlarında xidmət edir. O, əmək fəaliyyətinə sıravi polis əməkdaşı kimi başlayıb, sonradan cinayət-axtarış strukturlarında müxtəlif məsul vəzifələrdə çalışıb.

Vilayət Eyvazov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini və rəis vəzifələrində xidmət edib.
2005-ci ildə daxili işlər nazirinin müavini təyin olunub.

Azərbaycan Prezidenti tərəfindən imzalanan 20 iyun 2019-cu il tarixli sərəncamla Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib. Elə həmin il ona general-polkovnik ali hərbi rütbəsi verilib.

Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və dövlət maraqlarının müdafiəsində göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı” “Zəfər” ordenləri, həmçinin “Vətən uğrunda” “İgidliyə görə” medalları ilə təltif olunub.

Ailəlidir, üç övladı var.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью