Vilayət Eyvazov Vətən müharibəsi iştirakçılarını polis orqanlarına götürdü FOTOLAR

08.04.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Şəki Şəhər-Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Vilayət eyvazov aprelin 7-8 tarixlərində nazir 312 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

Keçirilən sıra baxışında isə polis orqanlarında xidmət etmək arzusunda olan 198 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb.

Qeyd edək ki, seçim turuna buraxılan gənclərin 34-ü Vətən müharibəsi iştirakçısıdır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью