“Vilayəti əvvəlcə İranın problemlərini həll etsin” Deputatdan İrana sərt reaksiya

06.11.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Siyasət həm güc, həm də gücsüzlük alətidir. Hazırkı vəziyyətdə İrəvanın başqa bir ölkənin daxili işlərinə aid məsələlərlə bağlı meydan oxuması siyasətin gücünü deyil, əksinə, gücsüzlüyünü nümayiş etdirir. İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti uzun illər xarici siyasət və siyasi məsələlərlə məşğul olub, bu sahəni yaxşı bilir. Ona görə də Ələsgər Vələyəti əmindir ki, Ermənistanın və ya hər hansı başqa ölkənin üçüncü dövlətlərlə münasibətləri həmin ölkənin daxili işi hesab olunur və İran bu münasibətlərə müdaxilə edə bilməz".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

"Bu baxımdan düşünürəm ki, Əli Əkbər Vilayəti səsləndirdiyi fikirlər sadəcə, Ermənistan hakimiyyətini qəbul etdiyi qərarlardan çəkindirmək məqsədi daşıyır. Ancaq nəzərə almaq lazımdır ki, Viləyətinin hədəfə aldığı məsələ təkcə Ermənistanın daxili işi deyil, həm də Amerika Birləşmiş Ştatlarının Ermənistanla mövcud olan hüquqi-siyasi əlaqələridir. Belə olan halda, əlbəttə ki, bu prosesə müdaxilə etmək imkansız görünür. Düşünürəm ki, Vilayəti ilk növbədə öz ölkəsinin ABŞ ilə müharibəni necə başa çatdıracağı barədə düşünsə, daha yaxşı olar. Əvvəlcə İranın daxili problemlərini həll etməli, daha sonra başqa ölkələrin mənafeləri və siyasəti haqqında danışmalıdır. Digər tərəfdən, Paşinyan iyunun 7-də Ermənistanda keçirilən seçkilərdə xalq tərəfindən baş nazir seçilib. Burada qəribə bir paradoks yaranır: Əgər Ermənistan xalqı Paşinyanı özünə baş nazir seçibsə, Əli Əkbər Vilayəti necə iddia edə bilər ki, onun siyasəti Ermənistan xalqının maraqlarına uyğun deyil? Bu, ermənilərdən artıq erməni olmaq, necə deyərlər, papadan artıq katolik olmaq deməkdir".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью