Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Xarici İşlər Nazirliyi sığorta ilə bağlı gülünc bəyanatı verməyə də bilərdi.
Ən azından ona görə ki, səhvkən, yanlışkən məsələni yenidən gündəmə gətirmək ilk öncə onların öz maraqlarına uyğun deyildi və əgər bunu elədilərsə, demək sırf provokasiya məqsədilə etdilər, növbəti dəfə əsəblərimizlə oynamağa çalışdılar.
Hər halda Lavrovun idarəsi sığorta ilə kompensasiyanın, dövlətlə sığorta şirkətinin fərqini bilməmiş deyil.
Ayrıca, bu cür həssas mövzularla bağlı bəyanatların mətni də heç şübhəsiz, cümlə quruluşuna, nöqtə - vergülünə qədər öncədən dəqiqləşdirilir, razılaşdırılır və yalnız ondan sonra dövriyyəyə buraxılır.
Yəni, təsadüf istisnadır. Birmənalı. Eynən təyyarənin vurulması kimi.
Azərbaycan tərəfi (həm dövlət, həm cəmiyyət olaraq) ilk başdan məlum terrora adekvat münasibət sərgilədi, şimal qonşumuza layiq olduğu cavabı verdi və konkret tələblər irəli sürdü.
Bəs, Rusiya? O necə davrandı? – Sanki, qlobal bir hadisə (problem) olmayıbmış kimi.