Villianın müqaviləsi uzadılmadı

05.06.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

Braziliya millisinin sabiq futbolçusu Villian İngiltərənin "Fulhem" klubundan ayrılıb.

QOL.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı vingerin başa çatan müqaviləsi uzadılmayıb.

Qeyd edək ki, Villian ötən mövsüm London təmsilçisinin heyətində 12 matçda meydana çıxıb. 2022-2024-cü illərdə də "Fulhem"də çıxış etmiş futbolçu bu ilin fevralında komandaya qayıtmışdı.O, İngiltrədə "Çelsi" və "Arsenal"da da çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью