Vilnüs aeroportu bağlandı SƏBƏB

13.09.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Litvanın hava məkanında pilotsuz uçuş aparatları (PUA) qeydə alınıb, Vilnüs aeroportu bağlanıb.

Lent.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Milli Böhranların İdarə Edilməsi Mərkəzinə istinadən məlumat yayıb.

Litvanın hava məkanında PUA olması ilə bağlı məlumatlardan sonra ən azı bir NATO qırıcısı havaya qaldırılıb. Qırıcı Litvanın şimalındakı aviabazadan havaya qaldırılıb.

Qeyd edilib ki, Litvanın paytaxtı Vilnüsün beynəlxalq hava limanı səmada naməlum pilotsuz uçuş aparatlarının uçuşlarının qeydə alınması səbəbindən uçuşları müvəqqəti qəbul etmir və yola salmır. Naməlum pilotsuz uçuş aparatlarının səmada uçuşlarının qeydə alınması səbəbindən hava limanı bağlanıb.

Litvanın əsas hava limanının saat 16:30-dək bağlı qalacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью