Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Litva Ali Məhkəməsi 1991-ci il yanvarın 13-də baş vermiş Vilnüs hadisələrinin (televiziyanın ələ keçirilməsi cəhdi zamanı baş verən faciə) qurbanlarının qohumlarına SSRİ-nin rəhbəri olmuş Mixail Qorbaçovun varislərindən təzminat tələb etmələri üçün icazə verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "İzvestiya" nəşri məlumat verib.
Qeyd edək ki, 1991-ci ilin yanvar hadisələri ilə bağlı məhkəmə prosesi Vilnüsdə 2019-cu ilin martında başa çatıb.
Litva məhkəməsi 67 nəfəri ölkə vətəndaşının qəsdən öldürülməsində təqsirli bilib, onlardan 65-i qiyabi məhkum edilib.
Vilnüs məhkəmə prosesinə Qorbaçovu cəlb etməyə cəhd etsə də, Moskva keçmiş siyasətçini dindirməkdən imtina edib.
2021-ci ilin yanvarında yanvar hadisələri zamanı həlak olan 4 nəfərin qohumları Qorbaçova qarşı məhkəmə iddiası qaldıraraq, 90 yaşlı siyasətçinin onların yaxınlarının ölümünə görə məsuliyyətə cəlb olunmasını tələb ediblər.
2022-ci ildə Qorbaçovun ölümündən sonra da məhkəmə prosesi başa çatmayıb.