Vilnüs yaxınlığında səmada qeyri adi bir hadisə qeydə alınıb...

31.01.2026

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Astrofiziklər sirli "tüstü izi"ni izah ediblər...

...30 yanvar tarixində, saat 16:30-da Vilnüs bölgəsində qeyri-adi bir fenomen - yüksək hündürlükdə qəribə bir "tüstü" izi qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə "Hava həvəskarları" Facebook qrupunda da məlumat verilib.

Vilnüs Universitetinin astrofiziki Renata Minkevičiūtė Delfiyə bildirib ki, "bu, kosmik zibil ola bilər. Bu günlərdə Avropada görünəcək kosmik obyektin düşməsi gözlənilir". Astrofizik Kastitis Zubovas görüntüləri gördükdən sonra bunun meteor və ya kosmik zibilin qoyduğu iz ola biləcəyini bildirib.

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью