Vilnüsdə İspaniya səfirliyinə məxsus avtomobil yanıb

28.11.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Litvanın paytaxtı Vilnüsün mərkəzində İspaniya səfirliyinə məxsus avtomobil yanıb.

APA xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə və Xilasetmə Departamenti məlumat yayıb.

Bildirilib ki, diplomatik nümayəndəliyin ofisinin yerləşdiyi biznes mərkəzinin qarşısındakı dayanacaqda İspaniya səfirliyinə məxsus “Volvo” markalı avtomobil alışıb.

Hadisə Litva Xarici İşlər Nazirliyinin binasından bir neçə on metr aralıda baş verib.

Avtomobilin sürücüsü və ərazidən keçən avtobusun sürücüsü yanğınsöndürənlər gələnədək alovu söndürə biliblər.

Hadisə nəticəsində səfirliyin avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью