Vilnüsdə yük təyyarəsi yaşayış binasının üzərinə düşüb

25.11.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Vilnüsdə yük təyyarəsi yaşayış binasının üzərinə düşüb.

APA xəbər verir ki, təyyarə səhər saat 5:30 radələrində Litvanın paytaxtında ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. Hadisə şahidlərinin sözlərinə görə, təyyarə DHL şirkətinə məxsus olub. Yerli mətbuatın məlumatına görə, təyyarədə 4 nəfər - 2 pilot və iki işçi olub.

İlkin məlumata görə, evdə yaşayanlar xəsarət almayıb. Eyni zamanda, dörd ekipaj üzvündən üçü də xəsarət almayıb. Onlardan yalnız biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью