Vilnüsdə yük təyyarəsi yaşayış binasının üzərinə düşüb AZƏRTAC

25.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 25 noyabr, AZƏRTAC

Yük təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə aeroportun sözçüsü Marius Zelanius bildirib.

"DHL şirkətinin təyyarəsi ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. İlkin məlumata görə, təyyarədə iki pilot və iki şirkət əməkdaşı olub", - deyə o qeyd edib.

Pilotlardan biri xilas edilib. Təyyarədəki digərləri barədə hələlik məlumat yoxdur. Hadisə yerində yanğınsöndürənlər işləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью