Vilyareal Çelsi yə 30 milyona yaxın məbləğ ödəyəcək

20.08.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vilyareal" "Çelsi"nin futbolçusu Renato Veyqanı transfer edir. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Tərəflər arasında artıq razılıq əldə olunub. İspaniya klubu 22 yaşlı oyunçu üçün 29.5 milyon avro ödəyəcək. Bundan əlavə, London təmsilçisi gələcək satışdan da gəlir əldə edəcək. 

Qeyd edək ki, Renato Veyqanın "Çelsi" ilə müqaviləsi 2031-ci ilə qədərdir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью