“Vilyarreal” La Liqada doğma meydanda məğlub oldu VİDEO

31.10.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniya La Liqasının 11-ci turunda “Vilyarreal” doğma meydanda “Espanyol”a 0:1 hesabı ilə uduzub.

İdman.Biz xəbər verir ki, “Keramika” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib.

Qonaqların müdafiəçisi Leandro Kabrera 60-cı dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Vilyarreal” 11 oyunda topladığı 12 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. “Espanyol” isə 11 xalla 11-ci yerdədir.

Növbəti turda “Vilyarreal” noyabrın 8-də “Xetafe”ni qəbul edəcək, “Espanyol” isə bir gün əvvəl doğma meydanda “Deportivo” ilə qarşılaşacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью