Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın “Vilyarreal” futbol klubu “Liverpul”un müdafiəçisi Kostas Tsimikası heyətinə qatmaq istəyir.
İdman.Biz xəbər verir ki, İspaniya klubu artıq 30 yaşlı yunanıstanlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Tərəflər mümkün transferə müsbət yanaşırlar.
Tsimikasın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Ötən mövsümü icarə əsasında İtaliyanın “Roma” klubunda keçirən müdafiəçinin azad agent kimi İngiltərə təmsilçisindən ayrılacağı gözlənilir.
“Vilyarreal” rəhbərliyi təcrübəli futbolçunun müdafiənin sol cinahını gücləndirəcəyini düşünür. Hazırda bu mövqedə Karlos Romero və Serxi Kardona çıxış edirlər. Lakin sonuncunun müqaviləsi gələn yay başa çatacaq.
Tsimikas 2020-ci ildə Yunanıstanın “Olimpiakos” klubundan 13 milyon avroya “Liverpul”a transfer olunub. Müdafiəçi İngiltərə təmsilçisinin heyətində 120-dən çox oyun keçirib.
Onun karyerasının ən yaddaqalan anlarından biri 2022-ci ildə İngiltərə Kubokunun finalında “Çelsi”yə qarşı penaltilər seriyasında həlledici zərbəni dəqiq yerinə yetirməsi olub.
Qeyd edək ki, cari mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparan “Vilyarreal” İspaniya çempionatında hazırda 10-cu pillədə qərarlaşıb.