Icma.az bildirir, Qol.az portalına istinadən.
“Beşiktaş”ın baş məşqçisi Vinçentso İtaliano UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda “Marsel” üzərində 4:1 hesablı qələbəni şərh edib.
QOL.az Türkiyə mediasına istinadən xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra komandasının oyunundan və azarkeşlərin dəstəyindən danışıb: “Avropa macəramıza çox yaxşı başladıq. Burada qalib gəlməyi çox istəyirdik. Futbolçularımı təbrik edirəm, möhtəşəm iş gördülər. İlk hissənin son 10 dəqiqəsi istisna olmaqla, çox yaxşı oynadıq. 3 xal qazandıq. Azarkeşlərə də təşəkkür edirəm. Onlar da möhtəşəm idilər. Onlara belə bir şou göstərdiyimiz üçün xoşbəxtəm”.
İtaliano oyunda hesabı açan 20 yaşlı vinger İlhan Fakılı barədə də danışıb: “İlhan Fakılı hər keçən gün daha da yaxşılaşır. Onu təbrik edirəm. Belə davam etsə, gələcəkdə bizim üçün çox vacib futbolçu ola bilər. Bu gün komandanı irəli apardı. Belə davam etsə, əsas simalarımızdan birinə çevrilə bilər. Müdafiədə də bizə kömək etdi. İlk gündən çox çalışan və özünü göstərmək istəyən futbolçudur. Onun adına çox sevinirəm”.
“Beşiktaş” azarkeşlərinin dəstəyindən təsirləndiyini bildirən baş məşqçi deyib: “Bu, mənim üçün çox duyğulu an idi. Belə şeyi pulla almaq mümkün deyil. Mən də əlimdən gələn hər şeyi etmək istəyirəm. Nə olursa-olsun, ən yaxşısını etməyə çalışacağam. Kaş 42 min azarkeşin hər birini ayrı-ayrılıqda qucaqlaya biləydim. Onlara təşəkkür edirəm. Ümid edirəm ki, bu ehtiras çox uzun müddət davam edər”.