Vinisisusla Bonmati ən yaxşı oldu

27.12.2024

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Madrid “Real”ının və Braziliya milli komandasının hücumçusu Vinisius Junior Dubayda keçirilən Globe Soccer Awards mərasimində 2024-cü ilin ən yaxşı oyunçusu seçilib.

Futbolpress.az xəbər verir ki, mükafat üçün digər iddiaçılar bunlar idi: Cud Bellingem (İngiltərə, “Real”), Daniel Karvaxal (İspaniya, “Real”), Antuan Qrizman (Fransa, “Atletiko”), Viktor Qyökereş (İsveç, “Sportinq”), Erlinq Haaland (Norveç, “Mançester Siti”), Harri Keyn (İngiltərə, “Bavariya”), Toni Kroos (Almaniya, “Real”), Robert Levandovski (Polşa, “Barselona”), Ademola Lokman (Nigeriya, “Atalanta”), Lautaro Martinez (Argentina, “İnter”), Kilian Mbappe (Fransa, “Real”), Lionel Messi (Argentina, “İnter Mayami”), Koul Palmer (İngiltərə, “Çelsi”), Rodri (İspaniya, “Mançester Siti”), Kriştiano Ronaldo (Portuqaliya, “Əl-Nəsr”), Məhəmməd Salah (Misir, “Liverpul”) və Lamin Yamal (İspaniya, “Barselona”).

“Barselona”nın futbolçusu Aytana Bonmati isə ən yaxşı qadın futbolçu seçilib. Ötən mövsüm Kataloniya klubunun tərkibində o, İspaniya çempionu olub, ölkə kuboku və Superkubokunu, eləcə də Çempionlar Liqasını qazanıb. İspaniya millisi ilə UEFA Millətlər Liqasının qalibi oldular.

Böyük beşlik, Əsas xəbərlər Vinisius Juniora daha bir mükafat

27 Dekabr 2024, 13:07

Böyük beşlik, Əsas xəbərlər Vinisius: “Mbappenin böyük fanatıyam”

20 Dekabr 2024, 16:32

Dünya futbolu, Əsas xəbərlər “The Best” mükafatının qalibi məlum oldu

17 Dekabr 2024, 22:28

Dünya futbolu, Əsas xəbərlər Vinisiusun FIFA-nın “The Best” mükafatının qalibi olduğu bildirilir

17 Dekabr 2024, 21:29

Böyük beşlik, Əsas xəbərlər “Real”da Vinisius sevinci

10 Dekabr 2024, 12:45

Böyük beşlik, Əsas xəbərlər Ronaldo: “Vinisius “Qızıl top”a layiq idi”

8 Dekabr 2024, 14:16

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью