Vinisius 2 oyunluq diskvalifikasiya olunub

08.01.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya Kral Futbol Federasiyasının İntizam komitəsi braziliyalı hücumçu Vinisiusu “Valensiya”nın qapıçısı Stole Dimitrievskini itələdiyinə görə iki oyunluq diskvalifikasiya edib və cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Federasiyanın Mətbuat xidməti məlumat yayıb.

İspaniya çempionatının XII turunun matçında Vinisius "Valensiya"nın qapıçısı Dimitrievskini itələyərək yerə yıxıb və matçın 79-cu dəqiqəsində meydandan qovulub. İntizam Komitəsi diskvalifikasiyadan əlavə "Real Madrid"i 700 min, Vinisiusu 600 min avro cərimələyib.

Qeyd edək ki, qarşılaşma "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью